Dəyər qazanmaq istəyirsinizsə, əvvəl dəyəri qoruyun!
Daşınmaz əmlak bir çox insan üçün ən güvənli və uzunmüddətli sərmayə vasitəsidir. Ancaq sadəcə mənzil və ya obyekt sahibi olmaqla bu sərmayənin dəyəri qorunmur. Əksinə, dəyəri qorumaq və artırmaq üçün aktiv tədbirlər görülməli, bina idarəetməsi düzgün planlaşdırılmalıdır.
Yoxsa gələcəkdə alıcı qarşınıza çıxanda ilk sual bu olacaq:
💬 “Ay qardaş, bu binada nə rahatlıq var ki, bu qiyməti istəyirsiniz?”
📈 Bina idarəetməsində dəyər qorumağın 5 əsas strategiyası
✅ 1. Ümumi sahələrin daimi təmizliyi və xaxımı
- Bloklarda təmizlik, həyətin abadlaşdırılması və ümumi sahələrin baxımlı saxlanması birbaşa əmlakın bazar dəyərinə təsir edir.
- Yadda saxlayın: Alıcı mənzilə yox, əvvəlcə binanın görünüşünə baxır. İmkan daxilində həyətə yaşıllıq salın, bloklarda işıqlanmanı tənzimləyin.
✅ 2. Texniki avadanlıqların vaxtında baxımı və yenilənməsi
- Liftlər, nasos sistemləri, təhlükəsizlik kameraları və digər texniki avadanlıqların mütəmadi baxımı lazımdır.
- Təmir edilməyən lift sabah sıradan çıxırsa, bu, artıq mənzilin dəyərini birbaşa aşağı salır.
💡 Unutmayın: İstismar xərclərinə qənaət gələcəkdə daha böyük ziyan gətirə bilər.
✅ 3. Rəqəmsal idarəetmənin tətbiqi
- Sakinlərə xidmətlər və ödənişlər barədə şəffaf məlumat vermək üçün onlayn platforma tətbiq edin.
- Hesabatlılıq nə qədər yüksəkdirsə, etimad bir o qədər güclü olur.
- smartbinam kimi tətbiqlərlə ödənişlər, xərclər və xidmət keyfiyyəti real vaxtda izlənilə bilər.
✅ 4. Effektiv fond idarəetməsi və xərclərin şəffaflığı
- Xidmət haqları toplanırsa, bu vəsaitin istifadəsi şəffaf və planlı şəkildə həyata keçirilməlidir.
- Sakinlərə illik və rüblük hesabatlar təqdim olunmalı, planlaşdırılan işlər əvvəlcədən açıqlanmalıdır.
✅ 5. Hüquqi tənzimləmələrə tam riayət
- Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq idarəetmə və xidmət müqavilələri hüquqi qaydada rəsmiləşdirilməlidir.
- Sakinlərlə mütəmadi ümumi yığıncaqlar keçirilməli, qərarlar sənədləşdirilməlidir.
📢 Qorunan dəyər, qazandıran dəyərdir!
Əgər bu gün binanıza və əmlakınıza diqqət ayırırsınızsa, sabah onu daha yüksək qiymətlə satmaq və ya sərfəli icarəyə vermək imkanı əldə edəcəksiniz.
Unutmayın, dəyəri qorumaq, son anda köhnə lift düzəltmək və ya həyəti təmizləməyə çalışmaqla mümkün olmur. Bu, davamlı və planlı idarəetmə tələb edir.
📲 Əmlakınızın dəyərini qorumaq üçün daha çox bilik və praktiki tövsiyələr əldə etmək istəyirsinizsə, MMMC.AZ platformasını izləməyi unutmayın.