İndi belə bir dövrdəyik ki, adam bir qapıdan içəri girəndə, ilk sualı bu olur: “Ay qardaş, bu binada pul hara gedir, iş görən var, ya yox?” Şəffaflıq dediyin, təkcə kağız-kuğuzda rəqəm yazmaq deyil, adamın içi rahat olsun, gözü də görsün! İndi gəlin görün, bir binada şəffaflıq necə yaradılır, necə yaşadılır!
📖 1. Hesabatlılıq - Pulun yolu itəndə, söz çoxalır.
Pulun izi görünməyəndə, qapının ağzında qeybət növbəyə dayanır! Sakinlər hər ay bilsin ki, bu bina nə qədər qazandı, nə qədər xərclədi, qəpik-qəpik nəyə getdi! Hesabatlar da elə yazılsın ki, oxuyanda adamın başı gicəllənməsin, rəqəmlər birbaşa gözə girsin, ürəyə rahatlıq versin.
🤝 2. Ümumi mənzil ümumi rəy əsasında - İclaslar toy məclisi kimi olmamalıdır.
Bina məsələlərində qərarlar bir nəfərin kefinə və cibinə uyğun yox, sakinlərin rəyi ilə qəbul olunmalıdır! Bunun üçün sakinlər gərək hiss etsin ki, onların sözü qiymətlidir, fikirləri eşidilir, qəbul olunur!
İclas qərarları kağız kuğuzda qalmamalı, hamıya çatdırılmalı, divara asılmalı, e-poçta, telefona bildiriş kimi göndərilməlidir. Beləcə, kimsə “mən niyə bilmirdim?” deməz, söz-söhbət də kökündən kəsilər!
📅 3. Planlı iş gözəl olar! - Binaların saxlanması daima diqqətdə olmalıdır.
Təmir planı olsun ki, adam bilsin bu il binanın üstü örtüləcək, ya qapısı dəyişəcək! Qapını açanda gözün qarşısında uçuq-sökük divar yox, tərtəmiz boyanmış, bər-bəzəkli bina görmək istər hər kəs. Yağış boruları yolun ortasına axıb gölməçə yartmasın, bir başa kanalizasiyaya qoşulsun bəyəm çətindirmi?
Podratçını seçəndə də “filankəsin adamıdır” prinsipi ilə yox, işinə, vicdanına görə seçilsin!
💳 4. Pulunu verdin, arxayın ol – Qəbz cibində, rahatlıq başında!
Adam ödəniş edir, amma soruşanda “hanı qəbz?” deyə bilmir, əsəbiləşir! İndi bu dövrdə qəbz itmək yox, telefonunda arxiv kimi qalmalıdır!
Onlayn ödəniş imkanı ilə bir dəqiqəyə pul köçürdün, saniyəsinə də qəbz telefonunda hazır! İstəyirsən çıxar çap elə, istəyirsən saxla, amma nə vaxt istəsən, “bax bu gün, bu saat ödəniş etmişəm!” deyə göstərə biləsən! Tək özünü yox ha... bütün sakinlərin borclarını anında izləyə bilirsən.
📢 5. Söz gəzməz, xəbər düz gəlsin – Sakinlərlə Daimi Əlaqə!
Bina idarəçiliyi oyun deyil ki, xəbər hamıdan gizlədilsin, sonra da “aa biz elə bilmirdik” desinlər! Hər yenilik, hər qərar, hər təmir xəbəri vaxtında, yerində camaata çatdırılsın!
SMS-lə xəbər gəlsin, e-poçtla bildiriş düşsün, hətta sistemdən çıxmadan telefonun ekranında “bax, biz bunu etdik!” mesajı görünsün! Söz gəzməyəcək, xəbər düz gedəcək, camaat da ürəyi rahat yatacaq!
Bilin ki, şəffaflıq olan yerdə nə söz-söhbət olar, nə də küsülülük! Bina idarəçiliyini bir dəfə düz qurun, sonra illərlə rahat yaşyın! Əgər bu rahatlığı, bu şəffaflığı istəyirsinizsə, çox uzağa getməyin – MMMC.az sizə bu imkanları bir düyməyə sıxmaq qədər yaxın edir!