Çoxmənzilli binalarda yaşayan sakinlərin rahatlığı, sağlamlığı və təhlükəsizliyi təkcə mənzil içi şəraitdən deyil, ümumi istifadədə olan sahələrin – blok, lift, pilləkan, həyət və parkinq zonalarının təmizliyindən də asılıdır. Bu məkanların təmiz saxlanılması isə yalnız binaya xidmət göstərənin (MTK, MMMC və ya digər idarəedici) və ya təmizlik işçisinin yox, hər bir sakinin birbaşa məsuliyyətidir.
Daha önəmlisi isə – qaydaların pozulması Azərbaycan Respublikasının qanunvericiliyi ilə cərimələnir.
🏢 Ümumi Sahə Nədir?
Beləliklə aydın oldu ki aşağıdakılar ümumi sahəyə daxildir;
- Binanın giriş blokları və pilləkan qəfəsələri
- Lift və lift meydançaları
- Həyət və parkinq əraziləri
- Zirzəmilər və çardaq sahələri
- Binaların ətrafındakı yaşıllıq və səki zonaları
- Blok içərisində, liftlərdə, pilləkanlarda siqaret çəkilməsi
- Tütün məmulatlarının kötüyünün yerə atılması
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanunu:
Maddə 10. Tütün çəkilməsinə icazə verilməyən yerlər:
10.1.10. uşaq meydançalarında;
10.1.16. liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;
🧾 Cərimələr:
- Ümumi sahədə siqaret çəkən fiziki şəxs: 300 AZN
- Ərazidə tütün tullantısı atan şəxs: 300AZN
*212.4. Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə - üç yüz manat məbləğində cərimə edilir.
🐕 İtlərin Gəzdirilməsi və Atıqların Yığışdırılması
- İtlər qısdırılmış qayışla və ağızlıqla gəzdirilməlidir
- Heyvanın ifrazatı öz sahibləri tərəfindən dərhal təmizlənməlidir
- Uşaqların oyun meydançasına və ya blok ərazisinə heyvan buraxmaq qadağandır
Tullantılar haqqında qanunvericiliyin pozulması – 300 AZN cərimə
🧼 İdarəedicinin və Sakinlərin Rolu
- Ümumi sahələrin gündəlik təmizlənməsini təşkil etməlidir
- Ərazilərdə təhlükəli tullantıların yığılmasına qarşı tədbirlər görməlidir
- Sakinlərə maarifləndirici elanlar və təlimatlar paylaşmalıdır
- Zibili yalnız ayrılmış konteynerlərə atmalıdır
- Blokda və həyətdə şəxsi təmizlik qaydalarına riayət etməlidir
- Digər sakinlərin davranışına qarşı hörmət və məsuliyyət göstərməlidir
Təmizlik tək səliqə deyil – bu hüquqi və ictimai öhdəlikdir. Həmçinin heyvansevərlik yalnız hevanı evdə saxlamaq deyil onun qulluğunda durmaq, peyvənd və gəzintilərə aparmaqla yanaşı atqıların tullantı qablarına atmaq lazımdır.


